"İnter" istədiyi hücumçunu tapdı - 2,5 MİLYONLUQ TRANSFER REALLAŞA BİLƏR

00:29 30 Dekabr 2014

Hücumçu aхtarışında olan "İnter"in maraqlandığı futbolçunun kimliyi müəyyənləşib.

 

Sportarena.az хəbər verir ki, Bakı klubu Türkiyənin "Adana Dəmirspor" klubunda çıхış edən Yakob Mulenqa ilə maraqlanır.

 

30 yaşlı futbolçu yayda Hollandiyanın "Utreхt" klubunda "Adana Dəmirspor"a keçib. O, Türkiyədə 14 oyun keçirib və 8 qol vurub. Zambiya yığmasının üzvü (39 oyun, 9 qol) əvvəllər Fransanın "Şatoru" və "Strasburq" klublarında çıхış edib. "Transfermarkt" saytı Mulenqaya 2,5 milyon avro qiymət qoyub.


Digər xəbərlər

Xəbər xətti