"Qarabağ"ın kapitanı MÜKAFAT ALDI - FOTOLAR

12:00 30 Dekabr 2014

2014-cü ildə idman ictimaiyyətinin ədalətli oyunlar prinsipinə görə fərqlənən nümayəndələrinin mükafatlandırılması mərasimi keçirilib.

Sportarena.az xəbər verir ki, Azərbaycan millisinin və “Qarabağ” klubunun futbolçusu Rəşad Sadıqov fərqlənənlər arasında yer alıb.

Tədbirdə “Ədalətli oyunlar prinsipinə sadiq bədən tərbiyəsi və idman xadimi” nominasiyasında mükafata Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyeva layiq görülüb.

Digər nominasiyalar üzrə fotojurnalist Dilavər Nəcəfov, Atletika Federasiyasının baş məşqçisi Məhərrəm Sultanzadə də mükafatlandırılıblar.


Digər xəbərlər

Xəbər xətti