Ramin Musayev Anar Salmanovu günahlandırdı - Bir hakim ki, yerində sayır, bu nə deməkdir?

12:12 30 Dekabr 2014

Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev dünən "Xəzər" TV-də yayımlanan "Futbol saatı" verilişində Anar Salmanovun FİFA-dan geri çağrılmasına münasibət bildirib.

Sportarena.az xəbər verir ki, Musayev Anarın geri çağrılmasının əlehinə olduğunu açıqlayıb: "Açığı Anarın FİFA-dan geri çağrılacağını gözləmirdim. 4 hakimin adının UEFA-ya göndərilməsini gözləyirdim. Düşünürdüm ki, siyahıda kimin birinci, kimin dördüncü sırada yer almasının elə də fərqi yoxdur. Amma sonradan gördüm ki, fərqi var. Şəxsən mən Anarın UEFA-dan geri çağrılmasının əlehinəyəm. Amma gəlin görək, günah kimdə oldu? Əlbəttə ki, Anarın özündə. 5-6 ildir ki, Avropada hakimlik edir. Bu sözü bir dəfə hakimlərin toplantısında da demişdim ki, bir hakim ki, yerində sayır, bu nə deməkdir? Deməli, həmin hakim öz üzərində işləmir, qabağa getmir".


Xəbər xətti