"Simurq" "Qarabağ"ın futbolçusuna göz dikib

12:33 30 Dekabr 2014

"Simurq" "Qarabağ"ın futbolçusuna elçi düşüb.

Sportarena.az хəbər verir ki, Zaqatala klubu Şəhriyar Əliyevi heyətinə qatmaq istəyir.

 

"Simurq" 22 yaşlı müdafiəçini mövsümün sonunadək icarəyə götürmək niyyətindədi. "Qarabağ" əsas heyətə düşməkdə çətinlik çəkən Şəhriyarı təcrübə toplamaq üçün mövsümün sonunadək icarəyə verə bilər.

 

Qeyd edək ki, "Qarabağ" Əliyevi yayda "Bakı"dan transfer edib. Gənc futbolçu Ağdam klubunun heyətində 4 rəsmi oyuna çıхıb və 329 dəqiqə oynayıb.


Digər xəbərlər

Xəbər xətti