PFL prezidenti : "Sxadadze yoxdan komanda yaratdı, amma..."

13:25 30 Dekabr 2014

PFL prezidenti Ramin Musayev dünən "Xəzər" TV-də yayımlanan "Futbol saatı" verilişində Kaxaber Sxadadzenin "İnter"dən ayrılmasına münasibət bildirib. 

Sportarena.az xəbər verir ki, Musayev maraqlı fikirlər səsləndirib:

"Sxadadze güclü məşqçidir. Yoxdan komanda yaratdı. Amma mən bu gün də nə qədər fikirləşsəm də yadıma sala bilmirəm ki, Sxadadze hansı azərbaycanlı futbolçunu ortaya çıxardıb? Siz 1-2 nəfərin adını çəkə bilərsiniz. Amma 5-6 ildə 1 nəfər çox azdır. Mən bu sözləri ürəyimə gəldiyi üçün deməliyəm".


Digər xəbərlər

Xəbər xətti