"Barselona"nın futbolçusu: "Prosineçki özünü Azərbaycanda yaxşı tərəfdən göstərəcək"

15:50 30 Dekabr 2014

"Barselona”nın və Xorvatiya millisinin üzvü İvan Rakitiç həmyerlisi Robert Prosineçkinin Azərbaycan milli komandasının baş məşqçisi təyin olunmasına münasibət bildirib.

Xorvatiyalı futbolçu Futbolxeber.az saytına verdiyi açıqlamada bunları deyib: 


"Prosineçki çox yaxşı məşqçidir. Azərbaycan millisinin onunla uğur qazanacağına inanıram. Yeni işində Prosineçkiyə uğurlar arzu edirəm. O, çox bacarıqlı, işini bilən adamdı. Prosineçki həm insan, həm də məşqçi kimi özünü Azərbaycanda yaxşı tərəfdən göstərəcək”.


Digər xəbərlər

Xəbər xətti