Arda Turan İngiltərə nəhənginin siyahısında

14:07 31 Dekabr 2014

Türkiyə milli komandasının və İspaniyanın "Atletiko" klubunun futbolçusu Arda Turan komandasını tərk edə bilər.

 

"Atletiko"də özünü yaxşı tərəfdən göstərən türkiyəli futbolçu İngiltərənin "Mançestr Yunayted" klubunun maraq dairəsindədi. 

 

İngilis klubunun baş məşqçisi Lui Van Qalın 20 nəfərlik transfer siyahısında Arda Turanın da adı var.

 

Qeyd edək ki, Arda Turanın İspaniya təmsilçisi ilə 30 iyun 2017-ci ilə qədər müqaviləsi var. Onun azad agent statusu alması üçün 41 milyon avro tələb edilir. Turan İspaniyada ilinə 3,7 milyon avro qazanır.


Xəbər xətti