Avropanın ən yaxşı braziliyalısı "Barselona"lıdır

03:12 1 Yanvar 2015

Braziliyanın Avropada çıxış edən ən yaxşı futbolçusu müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, "Barselona"nın hücumçusu Neymar internet vasitəsilə təşkil olunan "Samba d`Or" yarışmasında səslərin 29.2%-ni toplayaraq Avropanın ən yaxşı braziliyalı futbolçusu seçilib.

180 min nəfərin iştirak etdiyi səsvermədə sonrakı yerləri "Atletiko"dan Miranda (16.3%) və  "Qalatasaray"dan Melo (16.1%) tutub. 

Neymar, eyni zamanda jurnalistlərin arasında keçirilən sorğuda da 41% səs toplamaqla birinci yeri tutub. Miranda və Vilyan isə 2 və 3-cü yerləri tutub.


Xəbər xətti