"Fənər" "hə" desə, 575 min avro qazanacaq

02:00 2 Yanvar 2015

Türkiyə Superliqa təmsilçilərindən "Balıkesirspor" "Fənərbaxça"dan futbolçu icarəyə götürmək istəyir.

 

"Balıkesirspor" "Fənər"in serbiyalı futbolçusu Miloş Krasiçə "elçi düşüb".

 

Balıkesirlilər Krasiçi mövsümün sonuna kimi icarəyə götürmək istəyir. Onun illik qiyməti 2,3 milyon avrodu. "Balıkesirpor" isə "Fənər"ə Krasiçə görə yarımmövsümlük qiymətinin yarısını, yəni 575 min avro ödəməyi təklif edib. "Fənərbaxça" bu təklifi qəbul edərsə, Krasiç mövsümün sonuna kimi "Balıkesirspor"da çıxış edəcək.

 

"Fənər"də karyerası uğursuz alınan Krasiçin İtaliya və Rusiya klubları ilə danışıq apardığı da deyilir. 


Digər xəbərlər

Xəbər xətti