Prosineçkinin Bakıya qayıdacağı tarix məlum oldu

14:20 2 Yanvar 2015

"Fevralda 6 günlük təlim-məşq toplanışımız olacaq. Bu, Malta ilə seçmə oyuna hazırlıq xarakteri daşıyacaq".

 

Sportarena.az xəbər verir ki, bu sözləri milli komandamızın baş məşqçisi Robert Prosineçki deyib.

 

Xorvat mütəxəssis yanvarın 3-də gələcəyini deyib: "Yanvarda Azərbaycanın 8 komandası Türkiyədə təlim-məşq toplantısına yollanacaq. Həmin müddətdə mən orada olaraq, xeyli məşqə və oyuna baxacağam. Bakıya isə yanvarın 3-də gedəcəyəm".


Xəbər xətti