Ruslan Abışovun komandasında yeni müqavilələr

15:02 3 Yanvar 2015

"Rubin" 4 futbolçusu ilə müqavilə yeniləyib. 

Sportarena.az xəbər verir ki, hücumçu İqor Portnyagin, yarımmüdafiəçi Ruslan Kambolov, müdafiəçi Elmir Nabiullin və qapıçı Yuri Nesterenko Kazan təmsilçisi ilə yeni sazişə imza atıblar. Bu barədə klubun baş direktoru Ayrat Qarayev məlumat verib.

Qeyd edək ki, millimizin üzvü Ruslan Abışov müqaviləyə əsasən, yanvarda "Rubin"in düşərgəsinə qayıtmalıdı. Ancaq onun rus klubunda qalıb-qalmayacağı bilinmir.


Digər xəbərlər

Xəbər xətti