ŞOK - “Xəzər Lənkəran”ın sabiq baş məşqçisinin oğlu Yeni il gecəsi döyüldü

01:28 6 Yanvar 2015

Türkiyə Futbol Federasiyasının prezidenti Yıldırım Dəmirörənin oğlu Ərdoğan Dəmirörən və “Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Oğuz Çətinin oğlu Bartu Çətin yeni il gecəsi məşhur restoranların birində davaya səbəb olublar. 

 

Restorana birlikdə Yeni ili bayramını keçirməyə gedən Dəmirörən və Çətin digər stolda əyləşən iki nəfərlə mübahisə etməyə başlayıb. 

 

Belə ki, digər masada oturan iki gənc içkili olduqlarından Ərdoğana və Bartuya söz atmağa başlayıb. Federasiya prezidentinin oğlu onları sakitləşməyə çağırdıqda isə tərəflər arasında mübahisə düşüb. Beləcə vəziyyət gərginləşib və yumruq davası başlayıb. Oğuz Çətinin oğlu isə dava zamanı döyülüb. 

 

Aranı sakitləşdirmək üçün həmin restoranda bayram keçirən Türkiyə millisinin sabiq qapıçısı Rüştü Rəcbər də məsələyə qarışıb. Sonda olaya polis müdaxilə edib.(qafqazinfo)


Digər xəbərlər

Xəbər xətti