"Barselona"da GÖZLƏNİLMƏZ İSTEFA

01:25 6 Yanvar 2015

"Barselona"da gözlənilməz istefa xəbəri yayılıb.

Sportarena.az xəbər verir ki, klubun idman direktoru Andoni Subisaretta tutduğu postdan azad olunub. Bu gün tərəflər müqaviləni qarşılıqlı razılıq əsasında ləğv ediblər. "Barselona"nın prezidenti Xosep Maria Bartomeu Subisarettaya klubun qarşısındakı xidmətlərinə görə təşəkkür edib. 53 yaşlı futbol adamı Kataloniya təmsilçisində 2010-cu ildən çalışırdı. 

Eyni zamanda "Barsa"nın əfsanələrindən olan Karles Puyol da vəzifəsindən gedib. 36 yaşlı sabiq futbolçu Subisarettanın asisstenti funksiyasını yerinə yetirirdi. Puyol bu addımını başqa saədə çalışmaq niyyəti ilə əlaqələndirib. 

 

Yanvarın 7-də təşkil olunacaq mətbuat konfransında rəhbərlik bu və digər məsələlərə toxunacaq. 


Digər xəbərlər

Xəbər xətti