Güləş üzrə Dünya Kubokunun sahibi:"Lovğalıq idmançıya yaraşan xüsusiyyət deyil"-FOTOLAR+MÜSAHİBƏ

02:35 6 Yanvar 2015

Sportarena.az-ın “Qonağımız var” layihəsinin ilk qonağı Sərbəst güləş üzrə Avropa kubokunun qalibi Cəlal Süleymanov oldu.

-İlk öncə özünüzü necə təqdim edərdiniz?
-Mən özümü ilk olaraq idmançı kimi və FHN-nin xilasetmə şöbəsinin nümayəndəsi kimi təqdim edərdim.
-İlk dəfə sizdə güləşə həvəsi kim yaradıb?
-Mənə bu sahəyə həvəsi atam yaradıb.Çünki atam özü də güləşçidir.İlk dəfə güləşə 14 yaşımda başlamışam.Düzdür çox gec başladım.Amma öz üzərimdə çox çalışdığım üçün və məsuliyyət hiss etdiyim üçün çox tez nəticə əldə edə bildim.
-Uğurlarınız çoxdurmu?
-Bəli yetərincə uğurlar qazanmağı bacarmışam.2005-ci ildə Gənclər arasında Avropa 3-cüsü olmuşam,2009-cu ildə böyüklər  arasında təşkil olunmuş turnirdə Respublika 1-cisi olmuşam,2009-cu ildə İran İslam Respublikasının paytaxtı Tehran şəhərində Dünya Kubokunun sahibi olmuşam,2012-ci ildə paytaxt Bakıda təşkil olunmuş Dünya Kubokunda 2-ci yerə layiq görülmüşəm,2012-ci ildə Türk dünyası Universitetinin təşkil etdiyi olimpiyada da 2-ci yerə layiq görülmüşəm və nəhayət 2014-cü ilin dekabr ayında Respublika 1-cisi olmuşam.Bu böyük uğurlarla yanaşı bir neçə beynəlxalq turnirlərin qalibiyəm.
-Qazandığınız nəticələrdən razısınızmı yoxsa daha da üstününə layiqsiz?
-Əlbəttə ki,gərək kifayətlənməyəsən.Daha da üstününə layiqəm.Sadəcə biraz maddi problemlər olduğu üçün işləməyə məcbur oldum və ideal formadan bir az uzaqlaşdım.İndi isə şükürlər olsun hər şey öz axarında gedir.Mən tam məsuliyyəti ilə öz üzərimdə çalışıram və uğurlar qazanıb Azərbaycan bayrağını dalğalandırmaq iddiasındayam.
-Bilirik ki,idmançıların çoxu ikinci bir işlə məşğul olur.Sizin necə idmandan əlavə işiniz varmı?
-Bəli əlbəttə ki,mənim də əlavə iş yerim var.Mən hal hazırda idmanla yanaşı FHN-nin Çevik Xilas Etmə Alayının Moto Xilasedicisiyəm.Bu iş çox məsuliyyətli və eyni zamanda çox şərəfli işdir.Mən fəxr edirəm ki,Azərbaycan xalqına xidmət edirəm.
-Ailəlisinizmi?
Bəli mən artıq 2ilə yaxındır ailəliyəm.İnşAllah yaxınlarda ata da olacam.Allah sənə də qismət eləsin  söyləyir (gülümsəyərək)
-Ailə sizin üçün nə deməkdir?
-Ailə mənim üçün həyatda vacib olan bir anlamdır.Ailə müqəddəsdir.Həyatda qazandığım uğurları ailəmə borcluyam.Çünki ailəm mənə hər zaman stimul verib.Bu qədər uğur qazanmağıma görə ailəmə təşəkkür edirəm.
-Dediniz ata olacam.Bəs övladınız da idmançı olsun istəyirsiz?
-Bəli.İstəyirəm övladım idmançı olsun.Fərqi yoxdur güləş və ya digər idman.Çünki idmançı olmaq sağlamlıqdır.
-Qonaq getməyi və qonaq qəbul etməyi sevirsiz?
-Belə götürsək hər ikisini sevirəm.Amma qonaq gedəndə sıxılıram.Öz evimə bağlı insanam ona görə.Amma qonaq qəbul etməyi daha çox sevirəm.
-Siriniz varmı və sirriniz olanda kimlə bölüşürsüz?
-Bəli hər bir insanın qəlbində sirr var.İnsan elə vaxt olur ki,sirrini bölüşmək istəmir.Amma sirri bölüşəndə adam mənəvi olaraq yüngülləşir.Təbii ki,sirrimi atamla və ailəmlə bölüşürəm.
-Qərarları özünüz qəbul edirsiz ya kimləsə məsləhətləşirsiz?
-Güləş sahəsində və ya bildiyim başqa bir sahədə qərarlarımı özüm verirəm.Amma ailə məsələlərində və həyati məsələlərdə atamla məsləhətləşirəm.Çünki Atam ailəmin başçısıdır.Ən gözəlini atam bilir.
-Məhşurluq yaxşı bir keyfiyyətdirmi və özünüzü məhşur sayırsız?
-Məhşurluq yaxşı bir keyfiyyətdir amma istifadəsini bacaran yerdə.İdmançıların karyerasına fikir versək onları inkişaf yolundan saxlayan məhşurluq olub.Məhşurluq ulduz xəstəliyidir.O da ki,şükür olsun naliyyətlərimə baxmayaraq mən o xəstəliyə yoluxmamışam.
-Dostlarınız varmı?Ümumiyyətlə dost anlamı sizə görə nədir?
-Vaxt zaman elə tələb edir ki,ətrafda dostlar olsun.Dost mənim üçün qardaşdan da yaxındır.Dostlarım çoxdur.Amma əsas dost bildiklərim 2  3 nəfərdir.Mənim üçün dost anlamı Qırılmaz Zənciri xarakterizə edir.
-Düşməniniz var?
-Xeyr deməzdim düşmənim var.Bəlkə də var amma mən hiss etməmişəm.Amma hər bir insanın düşməni Şeytandır.
-Əsəbi adamsız və sizi özünüzdən nə çıxara bilər?
-Mən ümumiyyətlə hirslənmirəm(ürəkdən gülür).Məni həmişə güləşəndə əsəbləşdirmək istəyirlər alinmır.(qəh-qəhə çəkir).Bilirsiz əsəb idmançıya yaraşmaz.İdmançı əsəbləşdisə qələbə qazana bilməz.Çox səbrli və təmkinli adamam və məni heç nə özümdən çıxara bilməz.
-Özünüzdə və ətrafınızda bəyənmədiyiniz xüsusiyyət  varmı?
-Özümdə bəyənmədiyim xüsusiyyət çox utancağam.O ki qaldı ətrafıma iradım idmançılaradı.Elə idmançılar var ki,çox lovğadırlar.Mən lovğalığı idmançıya yad bir ünsür bilirəm.
-İnsanları özünüz seçirsiz ya Özləri sizi tapır.Hansılardan razısız?
-Əlbətdəki  özüm yoldaçlıq edəcəyim insanları özüm seçirəm.Çünki məni məndən yaxçı tanıyan adam olmaz.Özləri də məni tapan vaxtlar olur.Amma özüm seçdiklərimdən daha çox razıyam.
-Cəlal güləşçi olmasaydı hansı sahəni seçərdi?
-Mən güləşçi olmasaydım idmançı olmazdım.Hər hansı bir sənəti seçərdim.Maşın ustası olardım ya da çilingər.
-Çətinliklər insana həyatı öyrədir.Razısan bu fikirlə?
-Əlbətdə razıyam.Mən özüm rahat həyat yaşamamışam.Atadan anadan uzaq olan vaxtlarım olub.Ac olmuşam,susuz olmuşam.Bəlkə də bu çətinliklər olmasaydı mən indi bu yerlərə gəlib çıxmazdım.Həyatdakı çətinliklər adamı geriyə çəkir və geriyə çəkdiyi kimi də irəli atır.
-Həyatda ən çox qorxduğunuz nədir?
-Həyatda özümə nəisə olar deyə heç vaxt qorxmamışam.Ən çox öz yaxınlarımı itirməkdən və tənha qalmaqdan qorxuram(dərindən ah çəkir).
-Həyatda nəyi bağışlamazdınız?
-Şübhəsiz xəyanəti bağışlamaram.Çox insanlar olub mənə xəyanət edib.Onları hələ də bağışlamamışam.
-Kompleksli insansan və özündə kompleks hiss edənlərə məsləhətiniz nədir?
-Xeyr əsla özümü kompleksli hiss etmirəm.Özlərini kompleksli hiss edənlərə bircə məsləhətim var.Hamının rəssamı Allahdır.
-Pul xərcləməklə aranız necədir?
-Pul xərcləməklə?(gülümsəyərək).Çox bədxərcəm.Maaşımı alan kimi yoxa çıxır.ailəm pullarımı əlimdən almasa ac qalaram.
-Həyatda kimə borcunuz var və ya sizə borcu olan var?
-Həyatımı Allaha,atama və anama borcluyam və onların borcu qaytarılmır.Mənə isə borcu olan yoxdur.İstəmərəm də mənə borclu olsunlar.
-Həyatda şanslı birisiz?
-Əlbətdə şanslıyam.Həyatda bu qədər nailiyyətlərim olduğu üçün,gözəl ailəm atam anam olduğu üçün və güvənə biləcəyim dostlaım olduğu üçün çox şanslıyam.
-Mütaliə ilə aranız necədir?
-Əgər keçmiş vaxt olsaydı bəlkədə mütaliə çox edərdim.Amma indi internet əsridir.Demək olar ki,bütün məlumatlar internetdə var.Ona görə də internetə daha çox üstünlük verirəm.
-Boş vaxtlarınızda nə işlə məşğul olursunuz?
-Boş vaxtlarımı ən çox dostlarla keçirdirəm.Görüşürük ,söhbət edirik.Birdə mənim itim var  .Adı Maksdır.O mənim ən yaxın dostumdur.Mən bütün məşqlərimi Dostum Maksla birgə edirəm.

-Son olaraq bizim layihə ilə bağlı fikirləriniz.
-Mən Sportarena.az saytına öz dərin minnətdarlığımı bidirirəm ki,idmançılara qiymət verirlər və onların tanınması üçün şərait yaradırlar.Mən sportarena.az saytına gələcək fəaliyyətlərində və planlarında uğurlar arzu edirəm.
 


Digər xəbərlər

Xəbər xətti