"Xəzər Lənkəran"ı "Neftçi"yə dəyişən kimdir ?

15:19 6 Yanvar 2015

Rauf Əliyev "Neftçi" ilə müqavilə imzalayıb.

Sportarena.az xəbər verir ki, Azərbaycan yığma komandasının üzvü növbəti il yarım müddətində "Neftçi"nin formasını geyinəcək.

Əliyev klubun rəsmi saytına da açıqlama verib: "Neftçi" Azərbaycan futbolunun ən köklü komandasıdır. İstənilən yerli futbolçu üçün "Neftçi"də oynamaq şərəfdir.Bilirəm ki, üzərimə böyük məsuliyyət düşür. "Neftçi"nin heyətində özümü doğrultmaq və komandama faydalı olmaq istəyirəm. İnanıram ki, azarkeşlərin də sevgisi və dəstəyi sayəsində qolları sıralayacam."

 


Digər xəbərlər

Xəbər xətti