Vaqif Cavadov "Qaziantep BB" klubuna lazım olmadı

18:30 6 Yanvar 2015

Türkiyənin "Qaziantep BB" klubu 6 futbolçusu ilə yollarını ayırıb.  

Sportarena.az "Milliyet" qəzetinə istinadən xəbər verir ki,Antep təmsilçisi Vaqiflə 2016-cı ilin iyun ayına qədər qüvvədə olan müqaviləni ləğv edib.

 

Millimizin üzvü ilə yanaşı, Özgür Öçal, Ahmet Devret, Gökay İravul, Josef Çınar və Fərdi Coşqun da komandadan kənarlaşdırılıb.


Qeyd edək ki, bu mövsümdən "Qaziantep BB"nin şərəfini qoruyan 25 yaşlı futbolçu 21 oyunda 3 qola imza atıb və 4 məhsuldar ötürmə verib.


Digər xəbərlər

Xəbər xətti