"Borussiya"nın Türk futbolçuya Mesajı

19:25 6 Yanvar 2015

"Borussiya" (Dortmund) klubunun futbolçusu İlkay Gündoğana xəbərdarlıq olunub.

Sportarena.az Qol.az saytına istinadən xəbər verir ki, Dortmund təmsilçisi türkiyəli futbolçu ilə müqaviləni yeniləmək niyyətindədir.

Lakin "Borussiya" ilə 1,5 illik müqaviləsi olan İlkay hələlik qərar verməkdə tələsmir. Bu isə klub rəhbərliyini narazı salıb. Rəhbərlik 24 yaşlı futbolçunu il yarım sonra təzminat almadan satmamaları üçün onunla müqaviləni yeniləmək istəyir. Əks təqdirdə İ.Gündoğanın digər kluba satılacağı açıqlanıb.

Qeyd edək ki, Gündoğanla "Mançester Yunayted", "Arsenal" və "Real" (Madrid) klubları yaxından maraqlanır. 


Xəbər xətti