SON XƏBƏR - "Barselona"nın ulduz futbolçusu "Çelsi"yə keçir ?

01:00 7 Yanvar 2015

"Barselona"nın arentinalı yarımmüdafiəçisi Lionel Messinin La Liqanın ötən turunun "Real Sosyedad"la matçında ehtiyatda qalmasının əsl səbəbi müəyyənləşib. 

Sportarena.az xəbər verir ki, Leonun qış tətilindən gec qayıtdığı üçün start heyətində yer almadığı yazılsa da, əslində olayın arxasında başqa səbəblərin olduğu üzə çıxıb.

Belə ki, Messinin oyunöncəsi məşqdə Luis Enrike ilə mübahisə etdiyi üçün "Real Sosyedad"la matça ilk "onbirlik"də çıxmadığı məlum olub. Ulduz futbolçunu cəzalandırmaq üçün onu ehtiyat skamyaya göndərən çalışdırıcı məğlub olduqlarını görüncə, ikinci hissədə əsas qol silahını meydana buraxıb. Ancaq 45 dəqiqə ərzində Leonun topa bir zərbə belə endirməməsi diqqətdən yayınmayıb.

Baş məşqçi ilə arası dəyən Messinin komandadan ayrılmaq istədiyi söylənilir. Hətta onun "Çelsi"yə keçəcəyi yazılır. Son olaraq, Leonun London klubu və orada çıxış edən Tibo Kurtua ilə Felipe Luisin "Twitter" hesablarını izləməsi onun İngiltərəyə gedəcəyi ilə bağlı ehtimalları daha da artırıb. 


Digər xəbərlər

Xəbər xətti