SON XƏBƏR - “Lans” “Land of fire Azerbaijan”la meydana çıxmadı - FOTO

11:17 7 Yanvar 2015

Fransanın “Lans” klubu “Land of fire Azerbaijan”dan imtina edib. 
 

Sportarena.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, fransızlar ölkə kubokunda “Nitsa” ilə qarşılaşmaya üzərində “Credit Agricole” şirkətinin adı yazılan forma ilə çıxıb.

“Bakı”nın prezidenti Hafiz Məmmədov himayəsində olan kluba qarşı öhdəliklərini yerinə yetirmədiyi üçün fransızlar belə bir addım atıb. Məlum olub ki, klub üzərində ölkəmizin adının qeyd olunduğu formanın satışını da dayandırıb.

Qeyd edək ki, “Lans” yeni sponsoru ilə çıxdığı ilk oyunda “Nitsa”nı 2:0 hesabı ilə məğlub edib.


Digər xəbərlər

Xəbər xətti