"Barsa" Messiyə söz verdi: Sən qal, baş məşqçini qovuruq

11:25 7 Yanvar 2015

Xəstəliyi ucbatından məşqə çıxmayan Lionel Messi “Real Sosyedad”la oyunun ilk “11”nə daxil edilmədi.

Sportarena.az xəbər verir ki, buna səbəb baş məşqçi Luis Enrikenin futbolçunu belə cəzalandırmasıdır. Hətta Enrike futbolçunu cəzalandırmaq fikrinə düşüb. Ancaq İnyesta, Xavi və Buskets məsələyə qarışaraq belə olacağı halda, xaosun daha da böyüyəcəyini əsas gətirərək, baş məşqçini fikrindən daşındırıb.

Bunu öyrənən Messi isə rəhbərliyə “Ya mən, ya da Luis Enrike” ultimatium verib. İspaniyanın “Cadena Cope” radiosu isə iddia irəli sürüb ki, “Barsa” rəhəbrliyi Messiyə Enrikeni qovacaqları barədə söz veriblər.


Xəbər xətti