SON XƏBƏR - Bakıda peşəkar boksçu bıçaqlandı

14:00 7 Yanvar 2015

Ötən gün Bakının Səbail rayonu ərazisində iki dost bıçaqlanıb.

Səbail rayon Polis İdarəsi 39-cu polis bölməsindən anspress-ə verilən məlumata görə, hadisə saat 18:54-də, “Sahil” metrosu yaxınlığında, Bülbül prospektində, “Sahil bağı” adlanan parkda bıçaqlanan şəxslərdən biri 1989-cu il təvəllüdlü Həsən Namiq oğlu Həsənov hadisə yerində dünyasını dəyişib. Onun ürək nahiyyəsində və boğazında bıçaq xəsarətləri olub.

 

Dİgər yaralı 22 yaşlı Orxan Məmmədzadə isə qarın boşluğundan bıçaqlanıb. Onu ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdiriblər. Xəstə həkim Mahir Mahmudovun iştirakı ilə əməliyyat edilib.

 

Mahir Mahmudovun verdiyi məlumata görə, xəstə uğurla əməliyyat olunub. Bu gün onu reanimasiya şöbəsindən palataya keçürəcəklər.

 

“Hazırda yaralının vəziyyəti stabil orta-ağırdır. Bıçaq xəstənin qarın nahiyyəsindən dəydiyi üçün belə yaralar tədricən sağalır”, deyə Mahir Mahmudov bildirib.

 

Orxan Məmmədzadənin peşəkar idmançı olduğu bildirilir. O, boksçudur və tanınmış idmançı Əli İsmayılovun yetirməsidir. 

 

Hadisəni törədən gənc isə hadisə yerindən qaçıb. Onun tapılması istiqamətində axtarışlar davam edir.


Xəbər xətti