Millimiz növbəti görüşdə uduzdu - CANLI YAYIM + YENİLƏNİB

19:30 7 Yanvar 2015

Bu gün Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən FİFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVII ənənəvi beynəlxalq turnirdə ikinci mərhələyə start veriləcək. 

 

Sportarena.az xəbər verir ki,  yarışda iştirak edən 1997-ci il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığması da növbəti matçını keçirəcək.

 

1-6-cı yerlər uğrunda mübarizə aparan millimiz H qrupundakı ilk görüşündə Sankt-Peterburq komandası ilə qarşılaşacaq. Peterburqi İdman Konsert Kompleksində keçiriləcək oyun Bakı vaxtı ilə saat 17:30 başlayacaq.

 

Nikolay Adamın yetirmələri turnirdəki qələbə seriyasını 3-ə çatdırmağa çalışacaq. 1-ci qrup mərhələsində Yaponiyanı 1:0, Rusiya-2-ni 4:2 hesabı ilə məğlub edən komandamız yarışın əsas mükafatına iddiasını qorumaq üçün meydana çıxacaq.

 

 

 

H qrupu

 

17:30. SANKT-PETERBURQ - AZƏRBAYCAN 4-2 

 

 


Xəbər xətti