"Simurq" ispan futbolçu TRANSFER ETDİ

18:48 9 Yanvar 2015

"Simurq" transfer çalışmalarını davam etdirir.

 

Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda bu gün daha bir futbolçu ilə rəsmi müqavilə imzalayıb. İspaniyalı mərkəz müdafiəçisi Xuan Alvarado növbəti mövsümün sonuna qədər Zaqatala təmsilçisinin formasını geyinəcək. Artıq Antalyada düşərgəyə qoşulan təcrübəli futbolçu komanda ilə birgə hazırlıqlara başlayıb.


Qeyd edək ki, Melli adı ilə tanınan yeni futbolçumuz yeddi il İspaniyanın "Betis" klubunun şərəfini qoruyub. 2011/12 və 2012/13-cü il mövsümlərində karyerasını Belçikada davam etdirib. "Gent" komandasından sonra ötən mövsüm Moldaviyanın "Şerif" klubuna keçib. Son komandası isə Yunanıstan çempionatında çıxş eədn "Erqotelis" klubu olub.


Digər xəbərlər

Xəbər xətti