Antalyada 44-cü sınaq : "Qəbələ" - PSV matçında qolsuzluq - YENİLƏNİB

20:00 10 Yanvar 2015

Türkiyənin Antalya şəhərində keçirilən təlim-məşq toplanışını davam etdirən “Qəbələ” 2015-ci ilin ilk sınağına çıxacaq.

 

Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, əyalət təmsilçisi yeni ildə ilk yoxlama oyununda Hollandiyanın PSV klubunun ikinci komandası ilə görüşəcək. İlk dəfə baş məşqçi Roman Qriqorçukun rəhbərliyi altında meydana çıxacaq “Qəbələ” ümumilikdə 68-ci beynəlxalq oyununda gücünü sınayacaq.

Türkiyədə 44-cü beynəlxalq sınağadək “Qəbələ” qardaş ölkədə Azərbaycan təmsilçisi ilə də 2 dəfə üz-üzə gəlib. Həmin vaxt Neftçi” ilə 2 görüş reallaşıb.

 

Qəbələ (Azərbaycan) - PSV II (Türkiyə) 0:0

Qəbələ: Anar Nəzirov, Ürfan Abbasov, Aleksandru Benqa, Ruslan Abışov, Ruslan Tağızadə, Elvin Camalov, Aleksey Qay, Dodo, Cavid Hüseynov, Bəxtiyar Soltanov, Ulisse Diallo.


Xəbər xətti