Azərbaycan klubu "Feyenoord"un futbolçusunu alır

11:45 10 Yanvar 2015

Bakı "İnter"i məhşur holland futbolçunu transfer edir.

 

Sportarena.az хəbər verir ki, bu barədə "Voetbal İnternational" məlumat yayıb.

 

Məlumatda bildirilir ki, Ruben Sxaken tezliklə paytafxt klubu ilə müqavilə imzalayacaq. "İnter"lə 32 yaşlı hücumameylli yarımmüdafiəçi arasında 1,5 illik müqavilə bağlanacaq.

 

Artıq wikipedia.org saytının holland bölməsi onu "İnter"in futbolçusu kimi təqdim edib.

 

Qeyd edək ki, Sхaken 5 ilə yaхın formasını geyindiyi "Feyenoord"la yollarını bu günlərdə ayırıb. O, əvvəllər "Kambuur", "Veendam" və "Venlo" klublarında oynayıb. 2012-2013-cü illərdə Hollandiya millisinə çağırılan futbolçu 7 oyunda 2 qola imza atıb. 


Digər xəbərlər

Xəbər xətti