SON ANDA - "Neftçi" Rauf Əliyevə "22" nömrəsini verdi

15:00 10 Yanvar 2015

Rauf Əliyevin "Neftçi"də neçə nömrəli futbolka ilə çıxış edəcəyi açıqlanıb. 

Sportarena.az xəbər verir ki, azarkeşlərin səsverməsi əsasında "ağ-qaralar" millimizin üzvünə "22" nömrəsini verib.  Azarkeşlərin təklifləri arasında 9, 11 və 22 nömrələri çoxluq təşkil etdi. 9 və 11 nömrəli formalar Flavinyo və Nikolas Kanalesdə olduğundan, Əliyevə 22 nömrəli forma təqdim edildi.

Məlumatı klubun rəsmi "facebook" səhifəsi yayıb.


Digər xəbərlər

Xəbər xətti