SON XƏBƏR - "Barselona" üçün yeni baş məşqçi tapıldı

22:21 11 Yanvar 2015

“Bavariya”nın sabiq çalışdırıcısı Yup Haynkes yaxın vaxtlarda “Barselona”nın baş məçqçisi təyin edilə bilər.

Trend-in İspaniyanın nüfuzlu “AS” qəzetinə istinadən verdiyi məlumata görə, Kataloniya klubunun rəhbərliyinin hazırkı baş məşqçiləri Luis Enrikeni istefaya göndərmək fikri qətidir. Qəzet yazıb ki, Haynkes “Barsa”nın baş məşqçisi vəzifəsinə əsas namizəddir.

Qeyd edək ki, hazırda “Barselona”da L.Enrike ilə Lionel Messi arasında gərginlik olduğu bildirilir. Məlumata görə, bu məsələdə klub prezidenti Messini müdafiə edir və məhz argentinalı ulduzun istəyi ilə Enrike ilə müqaviləni ləğv etməyi düşünür.

“Barselona”nın məşqçi korpusundakı dəyişikliyin bu gün – “Atletiiko”ya qarşı keçiriləcək çempionat oyunundan sonra baş verəcəyi istisna olunmur.

Xatırladaq ki, Haynkes 2012/13 mövsümündə “Bavariya”ya Almaniya çempionluğunu, ölkə kubokunu və Çempionlar Liqasının kubokunu qazandırıb.


Digər xəbərlər

Xəbər xətti