SON XƏBƏR - Messi "Barselona"dan gedir, yoxsa qalır ?

14:07 12 Yanvar 2015

"Barselona" klubunun futbolçusu Lionel Messi komandadan ayrılacağı ilə bağlı xəbərlərə münasibət bildirib. 

Sportarena.az xəbər verir ki, klubun rəsmi televiziyasına danışan argentinalı futbolçu Kataloniya təmsilçisindən ayrılmaq niyyətində olmadığını deyib:

"Barselona"dan ayrılmayacam. Heç vaxt bu barədə düşünməmişəm. Mənim daha öncə Qvardiola, İbrahimoviç, Eto’О və Boyan Krkiçlə problem yaşadığım söylənilir. Lakin bu belə deyil. Heç kimin komandadan getməsinə səbəb olmamışam. 

Artıq bu söz-söhbətlərdən yorulmuşam. Luis Enrike ilə də aramızda problem yoxdur. Biz əvvəlki kimi bir olmalıyıq. "Barselona"da uğur qazanmaq istəyirik. Atamın "Çelsi" və "Mançester Siti" ilə danışıqlar apardığı bildirilir. Lakin bunlar hamısı şaiyədir". 


Digər xəbərlər

Xəbər xətti