"Çernomorets"in daha bir üzvü "Qəbələ"də

14:19 12 Yanvar 2015

"Qəbələ" "Çernomorets"in daha bir üzvünü heyətinə qatmağa yaxındı.

Sportarena.az xəbər verir ki, əyalət təmsilçisi Odessa klubunun hücumçusu Ruslan Fominlə müqavilə bağlayacaq.

Yaxın günlərdə transferin rəsmiləşəcəyi gözlənilir. 28 yaşlı forvardın il yarımlıq sazişə imza atacağı bildirilir.

Qeyd edək ki, "Qəbələ" bir müddət öncə "Çernomorets"dən müdafiəçi Aleksey Qayı heyətinə qatıb.


Digər xəbərlər

Xəbər xətti