"Qarabağ" 2015-ci ildə avrokubok oyunlarını Olimpiya Stadionunda niyə keçirə bilməyəcək ?

17:52 12 Yanvar 2015

"Qarabağ" 2015-16-cı il avrokuboklar mövsümü üçün stadion seçimini edib və UEFA-ya göndərib. Ağdam klubu əsas stadion kimi Tofiq Bəhramov adına Respublika, ikinci stadion kimi isə "Dalğa Arena"nın adını göstərib. Çoxlarının ümid etdiyinin əksinə olaraq, "Qarabağ" hətta qrup mərhələsinə vəsiqə qazansa belə, bu is istifadəyə veriləcək 65 minlik möhtəşəm Olimpiya Stadionunda oynaya nbilməyəcək.

Sportarena.az xəbər verir ki, buna səbəb UEFA-nın bu mövsüm avrokuboklar üçün nəzərdə tutulan stadionlara indidən lisenziya verməsidir.

 

Yəni, ilin əvvəllində avrokuboklarda ev oyununu keçirəcəyin stadionun adını UEFA-ya göndərib lisenziya almalısan. Olimpiya Stadionu isıə fevralda istifadıəyə veriləcəyi üçün "Qarabağ"ın həmin stadiona lisenziya alması praktiki olaraq mümkünsüz olacaq. Lakin "Qarabağ" bu mövsüm qrup mərhələsində uğurla çıxış edərək növbəti mərhələyə vəsiqə qazanarsa, o zaman 2016-cı ildə 1/16 final mərhələsi üçün Olimpiya Stadionunu sifariş verə bilər.


Xəbər xətti