“Qızıl top”un sahibi bəlli oldu - Ronaldo Messi və Noyeri qabaqladı - FOTOLAR + VİDEO

23:00 12 Yanvar 2015

FİFA geridə qalan 2014-cü il üçün dünyanın ən yaxşı futbolçusunun adını açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, İsveçrənin Sürix şəhərində keçirilən tədbirdə aparılan səsvermənin yekun nəicəsinə əsasən, Portuqaliya millisinin və "Real"ın futbolçusu Kriştiano Ronaldo bu mükafatın sahibi olub. Bununla da o, ardıcıl ikinci (2013,2014), ümumilikdə isə üçüncü dəfə (2008) ilin ən yaxşı futbolçusu seçilib.

 

Qeyd edək ki, K.Ronaldo ötən il "Real"la Çempionlar Liqası, İspaniya kuboku, UEFA superkuboku və klublararası dünya çempionatının kubokunu qazanıb.

 

İlin ən yaxşı kişi futbolçusu: Kriştianu Ronaldo (Portuqaliya)

 

İlin ən yaxşı qadın futbolçusu: Nadin Kessler (Almaniya, “Volfsburq”)

 

Kişi futbolunda ilin ən yaxşı baş məşqçisi: Yoahim Löv (Almaniya millisi)

 

Qadın futbolunda ilin ən yaxşı baş məşqçisi: Ralf Kellermann (Almaniya, “Volfsburq”)

 

İlin ən yaxşı qolu (Ferens Puşkaş mükafatı): Xames Rodriqes (Kolumbiya, Madrid “Real”ı)

 

 


Xəbər xətti