Müsəlman futbolçu bundan imtina etdi - Fransa qarışdı

02:07 13 Yanvar 2015

"Monpelye"nin mərkəz müdafiəçisi Əbdulhamid Əl-Qautari Fransa çempionatının 20-ci turunda baş tutmuş "Marsell"ə qarşı oyundan öncə İslam peyğəmbərinin karikaturasını çəkmiş "Charlie Hebdo" satirik jurnalının xatirəsinə "Je suis Charlie" yazılı futbolkanı geyməkdən imtina edib.

Sportarena.az xəbər verir ki, Fransada dünyaya gələn Mərakeş əsilli futbolçu komandada bundan imtina edən yeganə şəxs olub. Əl Qautari bu hərəkətini ideologiya fərqi ilə izah edib. 

"Narahat olmayın. Futbolkanı altdan geymişəm. Futbolla siyasəti qarışdırmaq istəmirəm" deyə oyunçu bildirib. 

 

Əl Qautari müsəlmandır. Fransada müsəlmanlar ümumi əhalinin 7%-ni təşkil edir.


Xəbər xətti