Yoxlama oyunu : "Simurq" Şaxtyor"la görüşü baş tutmadı - YENİLƏNİB

16:00 13 Yanvar 2015

Antaliyada təlim məşq toplantısında olan "Simurq"un ilk oyunu baş tutmayıb.

 

 

Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Türkiyədə davam edən kəskin hava şəraiti səbəbindən Zaqatala təmsilçisinin Qazaxıstanın "Şaxtyor" klubu ilə matçı oynanılmayacaq. Güclü yağış meydançanı yararsız vəziyyətə salıb.

 

Zaqata təmsilçisinin növbəti oyunu yanvarın 15-də Almaniyanın "Dyusburq" klubu ilə olacaq. Matç Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.


Xəbər xətti