Oğuz Çətin və Volkan Dəmirəl "Xəzər Lənkəran"da - FOTOLAR

01:00 14 Yanvar 2015

Ötən gün Antalyada "Xəzər Lənkəran" rəhbərliyi ilə “ağ-yaşıllar”ın sabiq baş məşqçisi Oğuz Çətin arasında görüş keçirilib.

 

klub prezidenti Mais Mənsimov komandada hər kəsin Oğuz Çətinin gəlişinə sevindiyini və onun klub üçün doğma şəxs olduğunu vurğulayıb.

 

Türkiyəli mütəxəssis isə "Xəzər Lənkəran"ı ziyarət etməkdən məmnunluq hissi duyduğunu bildirib.

 

Qeyd edək ki, görüşə həmçinin Türkiyə yığmasının qapıçısı Volkan Dəmirəl də qatılıb. Rəhbərliklə görüşdükdən sonra Çətin komandanın futbolçuları ilə də görüşüb.


Digər xəbərlər

Xəbər xətti