SON XƏBƏR - İrina Şeyk Ronaldonu atdı - FOTOLAR

01:06 15 Yanvar 2015

Yanvarın 12-i Sürixdə keçirilmiş mərasimdə karyerasının üçüncü "Qzıl top" mükafatını qazanan Kriştianu Ronaldonun şəxsi həyatında da maraqlı dəyişikliklər baş verib.

Sportarena.az xəbər verir ki, portuqaliyalı ulduz 4 il müddətində görüşdüyü İrina Şeyklə münasibətlərinə son qoyub. 29 yaşlı rusiyalı model "Qzıl top"un təqdimatında iştirak etməyib. O, eyni zamanda sevgilisini mükafat alması münasibətilə də təbrik etməyib. Bu gün isə İrinanın Kriştianu Ronaldonu tvitterdə "unfollow" etdiyi məlum olub. 

Bir müddət öncə Ronaldonun Milad tətilini İrina Şeyklə birlikdə Dubayda keçirmək istəyi futbolçunun anası Dolores Aveyru tərəfindən etirazla qarşılanmışdı. Rusiyalı modelin Madeyrada Ronaldonun heykəlinin açılışında iştirak etməməsi də paparazzilər tərəfindən müzakirə mövzusuna çevrilmişdi.


Digər xəbərlər

Xəbər xətti