"Neftçi"nin vitse-prezidenti və Arif Əsədov gənc futbolçularla görüşdü - FOTO

19:30 15 Yanvar 2015

"Neftçi"nin vitse-prezidenti Elnur Məmmədov, icraçı direktor Mübariz Xudiyev, baş məşqçi Arif Əsədov və marketinq şöbəsinin rəisi Zaur Mütəllimov əvəzedici komandanın məşqini izləyiblər.

 

Sportarena.az klubun rəsmi "facebook" səhifəsinə istinadən xəbər verir ki, paytaxt klubunun baş məşqçisi Arif Əsədov gənc futbolçuların hazırlığı ilə maraqlanıb. 

 

O, əvəzedici heyətin gənc futbolçuları ilə hər zaman maraqlandıqlarını və özünü yaxşı tərəfdən göstərən hər kəsə əsas komandanın qapısının açıq olduğunu dilə gətirib. Əvəzedici komandanın baş məşqçisi Samir Əliyev klub rəhbərliyinə təşəkkür edərək, əsas komandaya yeni futbolçuların yetişməsi üçün əlindən gələni edəcəklərinə söz verib.


Digər xəbərlər

Xəbər xətti