İspaniya kuboku : "Real" mübarizəni dayandırdı

01:34 16 Yanvar 2015

İspaniya Kral Kubokunda 1/8 final mərhələsinin cavab oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, günün ən maraqlı matçı Madriddə baş tutub. Paytaxtın iki komandası - “Real” və “Atletiko” klubları üz-üzə gəlib. “Visente Kalderon” stadionunda reallaşan ilk görüşdə Dieqo Simeonenin komandası 2:0 hesabı ilə qalib gəlib. “Kral klubu” cavab matçında heç-heçə edərək kubokla erkən vidalaşıb.  

 

Digər oyunda  “Barselona” səfərdə “Elçe”nin qonağı olub.

 

 

İspaniya ölkə kuboku 1/8 final mərhələsinin cavab oyunları

 

 

"Real" - "Atletiko"  2:2 (İlk oyun 0:2) 

Qollar: Ramos, 20, Ronaldo, 54 - Torres, 1, 46  

 

“Elçe” - “Barselona”  0:0 (İlk oyun 0:5)


Digər xəbərlər

Xəbər xətti