“Vaqif Cavadov bizim komandaya qayıtmayacaq” - MÜSAHİBƏ

16:07 16 Yanvar 2015

Türkiyə PTT I liqa təmsilçisi “Qazientep BB” klubunun baş məşqçisi Hakan Kutlunun “Qafqazinfo”ya müsahibəsi 
 

 

- Vaqif Cavadov “Qazientep BB”dən nə üçün ayrıldı?

- Onunla bağlı bəzi problemlər vardı. Həmin çatışmazlıqlar nə bizim üçün, nə də onun üçün yaxşı idi. Bu səbəbdən də Vaqiflə yollarımızı ayırdıq. Qarışılıqlı razılıq əsasında müqaviləmizi pozduq. 

- Bəs problemlər nə idi?

- Bu barədə geniş danışmaq istəmirəm. Vaqif özü bunları açıqlasa, daha yaxşı olar.

- Siz onun çıxışından narazı qaldığınız üçün klubdan ayrılmasını istədiniz?

- Mənim onunla heç bir problemim yox idi. Lazımi şansı da verdim. Əgər oyunlara baxmısınızsa, daim heyətdə yer alırdı. Sadəcə o şansını yaxşı dəyərləndirmədi.

- Bəs, Vaqif Cavadov yenidən “Qazientep”ə qayıda biləcəyini deyir...

- İndiki halda belə bir durum yoxdur. Yəni əgər biz onunla yollarımızı ayırmışıqsa, nə üçün yenidən onu komandaya qaytaraq. Futbolçunun isə niyə belə açıqlamalar verdiyini deyə bilmərəm. Yenə deyirəm ki, Cavadovun komandamıza qayıdışı gündəmdə deyil.

- Sizin komandadan göndərdiyiniz daha bir futbolçu Rəhman Hacıyev “Neftçi” ilə müqavilə bağladı. Amma onun Türkiyədə yaşadığı problemlem komandasının Antalyada təlim-məşq toplanışına qoşulmasına problem yaratdı. Yəni vaxtından gec Azərbaycana qayıtdığı üçün deportasiya olunub...

- Bundan xəbərim yoxdur. Niyə o belə bir problemlə üz-üzə qalıb ki?

- Legioner limitinə görə PTT liqa təmsilçiləri azərbaycanlı futbolçular transfer edirlər. Vaqiflə Rəhman komandanızdan getdiyi üçün yeni azərbaycanlı futbolçu heyətə qatmağı düşünürsünüz?

- Əgər bizim istədiyimiz kimi bir futbolçu olarsa, komandamıza cəlb edə bilərik. Hələ ki, gündəmimizdə heç bir azərbaycanlı futbolçu yoxdur. Hər halda çempionatınıza baxırıq və əgər lazım olarsa, oradan oyunçu gətirəcəyik.(qafqazinfo)


Digər xəbərlər

Xəbər xətti