Premyer Liqada dekabr ayının ən yaxşısı müəyyənləşdi

16:49 16 Yanvar 2015

İngiltərə Premyer Liqasında ötən ilin son ayının ən yaxşı futbolçusu və baş məşqçisi müəyyənləşib.

Sportarena.az xəbər verir ki, KPR-in hücumçusu Çarli Ostin bütün rəqiblərini qabaqlayıb. Forvard dekabr ayında 5 qol vurmaqla yanaşı, 1 də məhsuldar ötürmə verib.

Mütəxəssislər arasında isə "Mançester Siti"nin çalışdırıcısı Manuel Pelleqrini həmkarlarından üstün olub.


Digər xəbərlər

Xəbər xətti