Ronaldoyla Şeyk niyə ayrılıbmış?

11:00 17 Yanvar 2015

“Real”ın hücumçusu Kriştianu Ronaldo ilə İrina Şeykin ayrılma səbəbləri bəlli olub.  

Sportarena.az xəbər verir ki, yanvarın 12-də İsveçrənin Sürix şəhərində “Qızıl top” mükafatının qalibinin açıqlandığı gecə rusiyalı model tədbirə qatılmayıb.

Buna səbəb isə Şeykin Yen ildən əvvəl Portuqaliya millisinin futbolçusunun anasının 60 illik yubileyinə gəlməkdən imtina etməsi olub. Ad gününə qatılmayan İrina ilə Ronaldo həmin gündən etibarən, münasibətlərinə son qoyub.


Digər xəbərlər

Xəbər xətti