"Messinin atası olsaydım, ona deyərdim: "Barselona"da qal"

11:19 19 Yanvar 2015

"Bavariya"nın prezidenti Karl-Haynz Rummenige Lionel Messinin "Barselona"dan gedişi barədə yayılan söz-söhbətlərə münasibət bildirib.

 

Sportarena.az xəbər verir ki, Rummenige Messi üçün təklif olunan 250 milyon avronun astronomik məbləğ olmasına işarə edib.

"Messi üçün 250 milyon avro? Düşünürəm ki, o, həmişəlik "Barselona"da qalacaq. Messinin atası olsaydım, ona deyərdim: "Barselona"da qal. Bu şəhərdə səni çox sevirlər". 

 

Dünən "Adidas" şirkətinin Messinin transferində maraqlı olduğu barədə xəbər yayılmışdı.


Xəbər xətti