Yoxlama matçı : "Rəvan" -"Qaradağ Lökbatan" 2:2 - FOTO + VİDEO

17:00 19 Yanvar 2015

"Rəvan” qış hazırlığı çərçivəsində ilk yoxlama matçına çıxıb.

 

Sportarena.az xəbər verir ki, "aslanlar” yanvarın 17-də ev oyunlarını keçirdikləri "Bayıl Arena”da "Qaradağ Lökbatan”la üz-üzə gəlib.

 

Maraqlı keçən görüş 2:2 hesabı ilə yekunlaşıb. "Rəvan” hesabda 2 dəfə öndə olsa da, qələbəni əldən verib. "Sarı-qırmızılılar”ın heyətində Əli Bağırovla Elgün Abbaslı fərqlənib. Hər iki futbolçu penalti zərbəsini dəqiq yerinə yetiriblər.

 

Qeyd edək ki, "Rəvan” növbəti yoxlama oyununu "Ağsu”ya qarşı keçirəcək. Yanvarın 21-də "Bayıl Arena”da baş tutacaq görüş saat 13:00-da başlayacaq.

 

 


Digər xəbərlər

Xəbər xətti