Azərbaycan İsveç və Polşanı geridə qoydu

11:00 20 Yanvar 2015

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2014-cü ilin yekunlarına əsasən dünyanın milli çempionatların reytinqini açıqlayıb.

Sportarena.az xəbər verr ki, Azərbaycan Premyer Liqası siyahıda 421 reytinq xalı ilə 37-ci olub. Premyer Liqamız Polşa, Moldova, Serbiya, Estoniya, Danimarka və bir sıra başqa ölkələrin çempionatlarını geridə qoyub.

Qeyd edək ki, siyahıya 1259 xalla İspaniya La Liqası başçılıq edir. İtaliya A Seriyası (998) ikinci, İngiltərə Premyer Liqası isə (958) üçüncü olub.


Digər xəbərlər

Xəbər xətti