Yoxlama oyunu : "Neftçi" Türkiyə klubuna uduzdu - YENİLƏNİB

21:09 20 Yanvar 2015

Antalyada təlim-məşq toplanışında olan “Neftçi” bu gün növbəti yoxlama oyununu keçirəcək. 

Sportarena.az xəbər verir ki, Arif Əsədovun komandası Türkiyənin "Elazığspor" klubu ilə qarşılaşacaq.

Bakı vaxtı ilə saat 19:00-da başlanacaq qarşılaşmadan öncə 20 yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək və futbolçular oyuna qara sarğı ilə çıxacaq.

Qeyd edək ki, ilk yoxlama matçında Səudiyyə Ərəbistanın “Hajer” klubuna 3:1 hesabı ilə qalib gələn "Neftçi" son oyununda Türkiyə təmsilçisi "Kayseri Erciyesspor"la 0:0 bərabərə qalıb. 


20 yanvar 

Yoxlama oyunu 

19:00. "Neftçi" (Azərbaycan) - "Elazığspor" (Türkiyə)  0-1


Xəbər xətti