"AFFA təklif göndərir, amma Rusiya millisində oynamaq istəyirəm" - AÇIQLAMA

11:46 20 Yanvar 2015

"Azərbaycan Futbol Federasiyasından müntəzəm olaraq mənə təklif göndərirlər. Rusiya millisindən dəvət aldığım halda belə, dayanmırlar".

Sportarena.az xəbər verir ki, bu sözləri Rusiyanın gənclərdən ibarət yığması və "Spartak"ın yarımmüdafiəçisi Ayaz Quliyev deyib. AFFA-dan tez-tez təklif gəldiyini söyləyən azərbaycanlı futbolçu Rusiya millisinin şərəfini qorumaq istədiyini bildirib:

"Dəvət gəlsə, Rusiya millisində oynayacam. Gələcəkdə nə olacaq? Bax, bunu bilmirəm".


Digər xəbərlər

Xəbər xətti