"Şahdağ" Şəhidlər Xiyabanını ziyarət etdi - FOTO

18:33 20 Yanvar 2015

Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən iyirmi beş il ötür.

Sportarena.az xəbər verir ki, “Şahdağ” bu hadisənin il dönümü ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət edib. Ziyarətə "Şahdağ"ın prezidenti Ərəstun Niftiyev, baş məşqçi Telman Cavadov, baş məşqçinin köməkçisi Rəşid Əmiraslanov, klubun adminstratoru İlham Mazanov, mətbuat katibi Rüstəm Əzimov və futbolçular iştirak ediblər. Ziyarət zamanı Qusar klubunun kollektivi Şəhidlərin məzarları üzərinə qərənfillər düzüblər, şəhidlərimizin xatirəsini yad ediblər


Xəbər xətti