"Neftçi" Şəhidlər Xiyabanında - FOTOLAR

12:11 21 Yanvar 2015

Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən iyirmi beş il ötür. “Neftçi” İdman Klubu İctimai Birliyinin və “Neftçi” Peşəkar Futbol Klubunun rəhbərliyi və kollektivi Qanlı Yanvar faciəsində həlak olanların əziz xatirəsini ehtiramla yad ediblər. Hər iki klubun rəhbərliyi və kollektivi, eləcə də uşaq və yeniyetmə futbol məktəbinin kollektivi, həmçinin fanklub üzvləri Şəhidlər Xiyabanını ziyarət edib, məzarlar önünə gül-çiçəklər qoyublar.


Digər xəbərlər

Xəbər xətti