“Zirvə” Liseyində “Açıq dərs” (R)

14:35 21 Yanvar 2015

“AAAF Park Yaşayış Kompleksi”ndəki “Zirvə” Liseyi 2014-cü ildən fəaliyyətə başlayıb. İlk gündən yüksək səviyyəli təhsillə, dərslərin keyfiyyəti ilə fərqlənməyi qarşısına məqsəd qoyan bu təhsil ocağında tədrisin gedişini izləmək maraqlıdır. Bu səbəbdən də dərslərdən birini izləyərək sizə təqdim etmək qərarına gəldik.

Liseyin “Fizika laboratoriyası” otağında “8a” sinfinin “Fizika” dərsini izlədik. İlhamə müəllimənin rəhbərliyi ilə aparılan bu dərsin mövzusu “Mexaniki rəqslər” idi.

Dərs çox müasir formada, proyektor vasitəsilə monitorda işıqlandırıldı. Müəllimənin monitorda nümayiş etdirdiyi suallara şagirdlər tərəfindən çox dolğun cavablar verildi. Daha sonra komanda halında yarışma başladı. Müəllimə şagirdlərə kartlarda yazılı sualllar payladı. “Enerji” və “İmpuls” komandaları laboratoriya və praktiki işləri təqdim etdilər. 5 dəqiqə ərzində suallara cavab verildi. Hər iki komanda “10” balla qiymətləndirildi.

Daha sonra idmançı, ağır atlet Müşviq Rəhimov “Zəlzələlər” haqqında apardığı tədqiqatlardan açıqlamalar verdi və bu tapşırıqlara görə ən yüksək qiymət olan “10” bal aldı. Daha bir şagird və idmançı Kamran Yusubov isə “Mexaniki rəqsi hərəkətlər” haqda məlumatlar verdi.

Sonuncu mərhələ olaraq “Mexaniki rəqs” mövzusunda testlər paylanıldı. 5 dəqiqə ərzində qalib komanda təyin edildi. Nəticədə “Enerji” komandasi qalib oldu.

Sonda qalib komandanın üzvlərindən ikisi ilə ayrıca söhbət etdik. Onlar “Açıq dərs” və qalibiyyətlərindən danışdılar. Şagird Müşviq Rəhimova belə bir sualla müraciət etdik:

Açıq dərs necə keçdi və ən yaxşı tapşırıq hansı idi?

– Çox maraqlı keçdi. Ən maraqlı tapşırıq isə lövhədə “Riyazi rəqqas”ın göstərilməsi və şagirdlərin həmin testi təqdim etmələri oldu.

İdmanda qalib gəlmək yaxşıdır yoxsa dərsdə?

– Hər ikisində.

Zərifə Əliyevaya ünvanlanan sual isə belə oldu:

Dərs necə keçdi və ən yaddaqalan məqam hansı oldu?

– Təqdimatlar maraqlı oldu. Rəqib komanda çox güclü olsa da, biz qalib olduq.


Digər xəbərlər

Xəbər xətti