Azərbaycan çempionatında növbəti "lipa" QALMAQALI

15:40 21 Yanvar 2015

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportarena.az xəbər verir ki, İK aşağı liqalar və futzal üzrə Azərbaycan birinciliyində qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.

25 dekabr 2014-cü il U-16 Liqasının AZAL – Simurq matçının 80+2-ci dəqiqəsində Simurq klubunun 13 №-li futbolçusu Tural Hüseynov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

“Bakı” – “Xəzər Lənkəran” matçı başa çatdıqdan sonra “Bakı” klubunun 8 №-li futbolçusu Aslan İsmayılov və “Xəzər Lənkəran” klubunun 11 №-li futbolçusu Taryel Mirzəyev rəqibi təhqir etdiklərinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün hər bir futbolçu 3 oyun cəzalanır.

 

U-14 liqasında çıxış edən Dinamo” (Yardımlı) klubunun futbolçusu Cavidan Bağışlı adlı oyunçunun sənədlərinin saxta olması aşkar olunub. Bu səbəbdən həmin futbolçunun iştirakı ilə keçirilən bütün oyunlara “Dinamo” klubuna texniki məğlubiyyət verilir.

 

Futzal üzrə Azərbaycan birinciliyinin “Kövsər” – “Yol” matçının 19-cu dəqiqəsində “Yol”  klubunun 9 №-li futbolçusu Əsgər Əsədov və “Kövsər”  klubunun 10 №-li futbolçusu Mehman Məmmədov aqresiv hərəkətə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün hər iki futbolçu 3 oyun cəzalanıb.

 

17 yanvar 2015-ci il Futzal üzrə Azərbaycan birinciliyinin II dəstəsinin “Ulduz” – “Titan” matçının 50-ci dəqiqəsində “Titan” klubunun 8 №-li futbolçusu Elçin Abdullayev və “Ulduz” klubunun 10 №-li futbolçusu İntiqam Hacıyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün  hər iki futbolçu 1 oyun cəzalanır. Oyunun 50-ci dəqiqəsində “Titan” klubunun 8 №-li futbolçusu Elçin Abdullayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılmasından sonra hakimlər briqadasın təhqir etdiyinə görə 4 oyun cəzalanır.


Xəbər xətti