Kaxaber Sxadadze patriarxla görüşdü - FOTO

18:52 21 Yanvar 2015

Gürcüstan patriarxı II İlia "İnter" komandasının baş məşqçisi Kaxaber Tsxadadze ilə görüşüb.

 

Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Tiflis şəhərində yerləşən iqamətgahda baş tutan görüşdə Gürcüstan patriarxı Kaxaber Tsxadadzeni milli komandanın baş məşqçisi təyin olunması münasibətilə təbrik edib, ona xeyir-duasını verib.

 

Xatırladaq ki, "İnter” komandasının baş məşqçisi Kaxaber Tsxadadze qarşılıqlı razılıq əsasında cari ilin iyun ayınadək “İnter” komandasını çalışdırmaqla yanaşı, Gürcüstan milli komandasını da meydana çıxaracaq.


Digər xəbərlər

Xəbər xətti